2022-ci ilin yanvar-may aylarında istehlak qiymətləri 2021-ci ilin eyni aylarına nisbətən 12,6% artıb. Bu barədə 10 iyun tarixində Dövlət Statistika Komitəsi məlumat verib.
Ötən ilin yanvar-may aylarına nisbətən qida məhsulları üzrə qiymət artımı 18,5%, qeyri-ərzaq məhsulları üzrə 6,6%, ödənişli xidmətlər üzrə isə 10,2% təşkil edib.
May ayında ən çox qiymət artımı meyvələrdə (7%), kərə və bitki yağlarında (2%) qeydə alınıb.
Xatırladaq ki, ötən il Azərbaycanda ortaillik inflyasiya 6,7% təşkil edib.