İyun ayı ərzində işğaldan azad edilmiş ərazilərin 2 723,4 hektarı mina və partlamamış hərbi sursatlardan təmizlənib. Bu barədə iyulun 4-də ANAMA xəbər verib.
Belə ki, Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda piyada əleyhinə 303, tank əleyhinə 236 mina və 1 273 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.