Ötən ay paytaxtın Sabunçu rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 63 nəfər saxlanılıb. Bu barədə mayın 6-da Daxili İşlər Nazirliyindən məlumat verilib.
Əməliyyatlar rayonun Bakıxanov, Balaxanı, Maştağa, Zabrat qəsəbələrində keçirilib. Ümumilikdə 5 kiloqram heroin, marixuana, tiryək və metamfetamin müsadirə edilib.
Faktlarla əlaqədar cinayət işləri başlanılıb. Saxlanılan şəxslərdən 31-i barəsində həbs, 32-i haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.