Ötən ay Azərbaycanda koronavirus əleyhinə vaksinasiya üçün onlayn növbə götürənlərin sayı açıqlanıb. Bu barədə iyunun 13-də Report məlumat yayıb.
Mayda ümumilikdə 9 140 nəfər onlayn olaraq yazılıb. Onlardan 8 143-ü CoronaVac, 996-sı Biontech/Pfizer, 1-i sə Sputnik vaksini üçün müraciət edib.
Həmin müddət ərzində 17 754 nəfər COVID-19 üçün PZR analizinin nəticəsini onlayn qaydada əldə edib.