Ötən gün Azərbaycanda 49 yanğın baş verib. Bu barədə iyunun 1-də Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş tədbirlər nəticəsində yanğınların söndürülməsi təmin edilib.
FHN-nin qüvvələri tərəfindən ötən sutka 3 nəfər xilas olunub, 1 nəfər yanıq xəsarəti alıb. Həmçinin Bakının Nəsimi rayonunda qadın meyiti aşkar edilib. Tapılan 1953-cü il təvəllüdlü Kazımzadə Canetta Əliağa qızının meyiti aidiyyəti üzrə təhvil verilib.