Ötən gün, 12 may tarixində Azərbaycanda 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Bu barədə 13 may tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
Bildirilib ki, ötən gün ərzində törədilmiş 59 cinayətin üstü “isti izlər”lə açılmışdır. Axtarışda olduğuna görə ümumilikdə 81 nəfər saxlanılıb.
Qeyd olunub ki, cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.