İyunun 6-dan 11-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aşkarlanan minaların sayı açıqlanıb. Bu barədə iyunun 11-də ANAMA məlumat verib.
Sözügedən ərazilərdə piyada əleyhinə 96, tank əleyhinə isə 11 mina və 685 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 544 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.