Ötən il ölkədə 114 uşaq övladlığa verilib. Onlardan 56-sı oğlan, 58-i qız olub. Bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2021-ci il üzrə hesabatında əksini tapıb.
Bildirilib ki, uşaqlardan hər birini Azərbaycan vətəndaşları götürüb.
Valideyn himayəsindən məhrum olan uşaqların ümumi sayı 1 563 nəfər təşkil edib. 1 248 nəfər sağlam, 315 nəfər isə sağlamlıq imkanları məhdud uşaqlar olub. Reinteqrasiya tədbirləri nəticəsində 89 uşaq ailələrinə qaytarılıb.