Ötən sutka ərzində 24 yanğına çıxış və 4 köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Bu haqda mayın 6-da FHN məlumat yayıb.
Həmçinin, Sumqayıt şəhərinin Corat qəsəbəsində 1959-cu il təvəllüdlü kişinin meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.