“Özbəkistanın səsi” yarışmasında yerli iştirakçılardan biri “Bayatı-Şiraz”ı səsləndirib. Bu barədə İnsanoid bu gün, 15 iyul tarixində xəbər verir.
Özbəkistanın ZOR televiziyasında keçirilən “Özbəkistanın səsi” adlı yarışmada Dilnoza Akbarova “Bayatı-Şiraz” muğamını oxuyub. Onun ifası münsiflər heyəti, tamaşaçılar və Özbəkistanın bir çox məşhurlarının zövqünü oxşayıb. Yüksək səs imkanları tələb edən “Bayatı-Şiraz” muğamını ifa edən Dilnozanın çıxışını Azərbaycanda yerli məşhurlar da bəyənərək, sosial şəbəkədə paylaşıblar.
Onun ifası Özbəkistan və Azərbaycan mediasında yer alıb. Dilnoza isə öz növbəsində şəxsi sosial şəbəkə səhifəsində azərbaycanlı izləyicilərinə təşəkkür edib.