Bakıda özünə dərman vuran həkim şoka düşərək ölüb. Bu barədə 22 sentyabr tarixində Oxu.az məlumat verib.
Hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.
Belə ki, 1996-cı il təvəllüdlü Qəmbər Dilavər oğlu Əlizadə özünə antibiotik vurub.
İynənin əks-təsirindən həkim işləyən Qəmbər Əlizadə şok vəziyyətinə düşüb.
Onun həyatını xilas etmək mümkün olmayıb.