Abşeron rayonunun Xırdalan şəhərində özünü “Azərsu” ASC-nin və digər kommunal xidmət idarələrinin əməkdaşı kimi təqdim edərək vətəndaşları dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb. Bu barədə 24 iyun tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
Məlumata əsasən, araşdırma zamanı onun Xırdalan şəhərində bir neçə şəxsi bu yolla aldadaraq onlardan müxtəlif məbləğlərdə pul aldığı məlum olub.
Qeyd olunub ki, sözügedən şəxs bundan əvvəl Gəncə şəhərində eyni əməllər etdiyi üçün həbs edilmişdir.
Faktla bağlı araşdırma aparılır.