Özünü ölmüş kimi qələmə verən “Kaspian İnşaat MB” MTK-nın direktoru saxlanılıb. Bu barədə 4 iyun tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
Məlumata əsasən, araşdırma zamanı sözügedən şəxsin “KİA” markalı avtomobilə mənşəyi bilinməyən sümüklər qoyaraq qəsdən yandırması və özünü ölmüş kimi qələmə verməsi müəyyən olunub.
Qeyd edək ki, yanğın hadisəsi 2021-ci il noyabrın 25-də Sabirabad rayonunun Ətcələr kəndi ərazisində baş vermişdir.