Xarici kommersiya bankı olan Pakistan Milli Bankının müraciəti əsasında onun Bakı filialına verilmiş bank lisenziyası ləğv edilib. Bu barədə 13 oktyabr tarixində Azərbaycan Mərkəzi Bankı məlumat verib.
Pakistan Milli Bankının Bakı Filialının bank lisenziyasının könüllü ləğvi ilə bağlı müraciət adıçəkilən bankın Orta Asiya və Azərbaycan maliyyə bazarlarından çıxışı üzrə kommersiya strategiyası çərçivəsində qəbul edilmiş qərardan irəli gəlmişdir.
Mərkəzi Bank qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri daxilində ləğvetmə prosesi üzrə nəzarət edəcəkdir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən lisenziya filiala 2005-ci ildə verilmişdir.