Bu həftə Pakistanın iki şəhərindən – Kəraçi və Lahor şəhərlərindən Bakıya uçuşlar yerinə yetiriləcək. Bu barədə martın 14-də AZAL-ın Facebook səhifəsində məlumat verilib.
Məlumatda bildirilir ki, Azərbaycanın milli aviadaşıyıcısı da Bakıdan Lahora uçuşlara başlamağı planlaşdırır.
Bu uçuşların Azərbaycanla Pakistan arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafına yeni təkan verməsi gözlənilir.