Abşeron rayonunda yerləşən palçıq vulkanlarının ərazisində müasir turizm infrastrukturuna gedən avtomobil yolunun tikinti işləri başa çatıb. Bu barədə 26 may tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəsmi səhifəsində məlumat verilib.
Məlumata əsasən, yolun uzunluğu 21 kilometr, asfalt-beton örtüyünün eni isə 8 metr təşkil edir. Yola 2 laydan ibarət 7 santimetr qalınlıqda yeni asfalt-beton örtüyü döşənib. Həmçinin yolboyu yol nişanları, siqnal dirəkləri quraşdırılıb.
Qeyd edək ki, palçıq vulkanları yerləşən ərazi paytaxtdan cəmi 20-25 kilometr aralıda yerləşir.