Energetika naziri Pərviz Şahbazov Göyçay rayonunda vətəndaşları qəbul edib. Bu barədə oktyabrın 21-də Report xəbər verib.
Görüş Heydər Əliyev Mərkəzində keçirilib. Qəbul zamanı vətəndaşlar elektrik enerjisi təchizatı və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.
Qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün lazımi tapşırıqlar verilib.
Qəbulda Göyçay, Ucar, Bərdə və Şəki rayonlarından olan 14 vətəndaş iştirak edib.