Bakının bir sıra ərazilərində yaşlı şam ağaclarının bir sıra növlərinin quruması baş verir. Bununla bağlı alim və mütəxəssislər araşdırmalar aparıblar.
Bu barədə iyunun 8-də Report-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Mərkəzi Nəbatat Bağında xəstəliyə yoluxan 9 ədəd Eldar şamının 3 müxtəlif üsulla peyvəndlənməsi aparılıb.
Paytaxtın bütün ərazilərində xəstə, qurumuş, utilizasiya ediləcək ağacların siyahısı hazırlanıb. Bu günə kimi Bakı şəhərində xəstəliyə yoluxan və müalicəsi mümkün olmayan 3 000 ədəd şam ağacı kəsilərək utilizasiya edilib.