Bakıda məktəbdə şagird bıçaqlanıb. Bu barədə mayın 18-də Baku TV Telegram kanalında məlumat paylaşıb.
Hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 saylı məktəbdə qeydə alınıb.
Məktəbin şagirdi, 15 yaşlı oğlan münaqişə zəminində 14 yaşlı digər şagirdə bıçaqla xəsarətlər yetirib. Qol və bud nahiyəsindən xəsarətlər alan şagird xəstəxanaya aparılıb və ona tibbi yardım göstərilib.
Bildirilib ki, hadisəni törədən məktəbli saxlanılıb.