2022-ci ilin yanvar-aprel aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 5,4% artaraq 7,9 milyard manatdan çox olub. Bu barədə 30 mart tarixində Bakı Şəhər Statistika İdarəsi məlumat verib.
Məlumata əsasən, paytaxt əhalisi ərzaq məhsulları, içkilər və tütün məmulatlarına 4,2 milyard manatdan çox, qeyri-ərzaq məhsullarına isə 3,7 milyard manatdan çox pul xərcləyib.
Ümumilikdə məhsulların 37,7%-i hüquqi şəxs statuslu müəssisələrdə, 35,4%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 26,9%-i isə paytaxtın məhsul bazarlarında satılıb.