Bakıda 2022-ci ilin yanvar-may aylarında əhali ictimai iaşə obyektlərində 374 milyon manatdan çox pul xərcləyib. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 80% çoxdur. Bu barədə məlumat Bakı Şəhər Statistika İdarəsinin 30 iyun tarixindəki hesabatında əks olunub.
Təkcə may ayında paytaxt sakinləri ictimai iaşə obyektlərində 103,2 milyon manat pul xərcləyib.
Azərbaycanda cari ilin ilk beş ayında ictimai iaşə dövriyyəsi 503,4 milyon manat təşkil edib.