Paytaxt sakinləri Lənkəranda 6 kiloqram narkotiklə saxlanılıb. Bu barədə 30 iyun tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
Məlumata əsasən, polis əməkdaşları tərəfindən Bakı şəhər sakinləri avtomobillə saxlanılaraq polis şöbəsinə gətiriliblər. Həmin avtomobildə ayrı-ayrı bükümlərdə ümumi çəkisi 6 kiloqramdan çox olan narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Araşdırma zamanı məlum olub ki, onlar həmin narkotik vasitəni xarici ölkədə yaşayan narkotacir vasitəsilə əldə ediblər və paytaxt ərazisində satışını təşkil etməli idilər.
Qeyd olunub ki, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə daha 11 nəfər saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.