Paytaxt yollarındakı son vəziyyət açıqlanıb. Bu barədə iyunun 17-də Daxili İşlər Nazirliyindən Report-a məlumat verilib.
Sıxlıq müşahidə edilən yollar aşağıdakılardır:
- Bakı-Sumqayıt şosesində – Xocəsən yolu ilə kəsişmədən Bakı Beynəlxalq Avtovağzalının qarşısına qədər;
- Moskva prospektində - Bakı Beynəlxalq Avtovağzalının qarşısından 20 Yanvar dairəsinə qədər - əsas və kənar yol;
- Rövşən Cəfərov küçəsində - 20 Yanvar dairəsindən başlayaraq əsas yolda, Ziya Bünyadov prospekti istiqamətində;
- Binəqədi şosesində - mərkəz - "Azadlıq prospekti" metrostansiyası istiqamətində;
- Ziya Bünyadov prospektində - Böyükşor gölünün yanından Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, 20 Yanvar dairəsi istiqamətində;
- Əsəd Əhmədov küçəsində - Dadaş Bünyadzadə küçəsi ilə kəsişmədən A.Şərifzadə küçəsi ilə kəsişməyədək, Zərdabi prospekti istiqamətində;
- Heydər Əliyev prospektində - Koroğlu metro stansiyasının qarşısından 5 saylı Asan xidmət mərkəzinin qarşısına qədər kənar yolda;
- Koroğlu Rəhimov küçəsində - Təbriz küçəsi ilə kəsişmədən ak.Həsən Əliyev küçəsi istiqamətində;
- Gülarə Qədirbəyova küçəsində - Heydər Əliyev Mərkəzinin yanından Koroğlu Rəhimov küçəsi istiqamətində.