Paytaxtın akademik Həsən Əliyev küçəsinin Novruzov qardaşları küçəsi ilə kəsişməsindən Xan Şuşinski küçəsinin kəsişməsinə qədər olan hissəsində sıxlıq səbəbindən 6, 13, 61 və 83 nömrəli avtobusların hərəkət intervallarında 18-20 dəqiqə gecikmə müşahidə olunur. Bu barədə iyunun 20-də Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Ümumilikdə, həmin ərazidə 14 avtobusun sıxlıqda qaldığı müşahidə edilir.