İyulun 2-si gecə saatlarında Bakıda 3 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 5 nəfər xəsarət alıb.
APA-dan verilən məlumata görə, Suraxanı rayonu, Hövsan şosesində “Mercedes Vito” markalı mikroavtobus “Opel Astra” markalı minik avtomobili ilə toqquşub. Mikroavtobusda olan yeddi sərnişindən üçü xəsarət alıb.
Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində “Saipa” markalı avtomobilin sürücüsü sükana nəzarəti itirərək “Toyota”ya çırpılıb. Zərbənin gücündən “Toyota” əks yolda olan eyni markalı nəqliyyat vasitəsinə çırpılıb. Qəza nəticəsində “Saipa”da olan sərnişin xəsarət alıb.
Digər yol qəzası Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb. “Mercedes” markalı avtomobil “Ford”la toqquşub. Hadisə nəticəsində “Ford”un sərnişini xəsarət alıb.
Faktlarla bağlı araşdırmalar aparılır.