Bakının küçə və prospektlərində iyunun 8-nə olan son vəziyyət açıqlanıb. Bu haqda Daxili İşlər Nazirliyi məlumat verib.
Hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:
1. Bakı Sumqayıt şosesi - Masazır dairəsindən 20 Yanvar dairəsinədək;
2. Ziya Bünyadov prospekti - Olimpiya stadionu yanından Atatürk prospekti ilə kəsişməyədək, 20 Yanvar dairəsi istiqamətində;
3. Yusif Səfərov küçəsi Mehdi Mehdizadə küçəsi kəsişməsi daxil olmaqla Koroğlu metro stansiyası istiqamətində və Sevgi parkının qarşısından 28 May küçəsi kəsişməsinədək;
4. 28 May küçəsi - Rixard Zorge küçəsi kəsişməsi daxil olmaqla Rəşid Behbudov küçəsi kəsişməsinədək;
5. Heydər Əliyev prospekti - Koroğlu metro stansiyasının qarşısı daxil olmaqla kənar yol - Asan xidmətin qarşısınadək;
6. Xətai prospekti - Neymət Quliyev küçəsi kəsişməsi daxil olmaqla Heydər Əliyev prospekti kəsişməsinədək, Koroğlu metro stansiyası istiqamətində;
7. Abdulvahab Salamzadə küçəsi - Qələbə dairəsindən Ziya Bünyadov prospekti kəsişməsinədək;
8. Tbilisi prospekti - 20 Yanvar dairəsi, körpü üzərindən Abdulvahab Salamzadə küçəsi kəsişməsinədək.