Bakı yollarında sıxlıq olan küçə və prospektlərin siyahısı açıqlanıb. Bu barədə iyunun 14-də APA Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Sözügedən küçələr aşağıdakılardır:
1. Bakı-Sumqayıt şosesində – Xocasən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısınadək;
2. Moskva prospektində - Beynəlxalq Avtovağzalın qarşısından 20 Yanvar dairəsinədək;
3. Binəqədi şosesində - Azadlıq prospekti metro stansiyası istiqamətində;
4. Ziya Bünyadov prospektində - Böyükşor gölünün yanından Atatürk prospekti ilə kəsişməyədək əsas yolda, 20 Yanvar dairəsi istiqamətində;
5. Yusif Səfərov küçəsində - Heydər Əliyev Mərkəzinin qarşısında - tunelə girişdən Koroğlu Rəhimov küçəsi istiqamətində;
6. Heydər Əliyev prospektində - Koroğlu metro stansiyasının qarşısından 5 saylı Asan xidmət mərkəzinin qarşısınadək;
7. Koroğlu Rəhimov küçəsində - Həsən Əliyev küçəsi istiqamətində.