Bakının Nizami rayonundakı evlərin birində 1985-ci il təvəllüdlü Həşimova Yaqut Himayət qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Bu barədə 16 oktyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1984-cü il təvəllüdlü Həşimov Anar Malik oğlu könüllü polisə gələrək təslim olub və saxlanılıb.
İlkin məlumata görə, cinayət hadisəsi qısqanclıq zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.