Bakıda velosiped oğurlayan şəxs saxlanılıb. Bu haqda Daxili İşlər Nazirliyindən Trend-ə məlumat verilib.
Belə ki, Nərimanov rayonunda yerləşən iri ticarət mərkəzindəki dayanacaqdan dəyəri 450 manat olan velosiped oğurlanıb. Hadisənin baş vermə anları ərazinin kameraları vasitəsi ilə anbaan görüntülənib.
Bu əməli törətməkdə şübhəli bilinən Nicat Cəfərov saxlanılıb. O, ifadəsində velosipedi satdığını etiraf edib.
Faktla bağlı araşdırma aparılır.