Bakının Suraxanı rayonunda bir nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda mayın 25-də Report məlumat verib.
Yeni Günəşli qəsəbəsində avtomobil yolu keçən 42 yaşlı qadını vurub. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.