Bakının Sabunçu rayonunda, Əfəndiyev küçəsində bir nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Bu barədə mayın 9-da APA xəbər paylaşıb.
Məlumata görə, avtomobil yolu keçən 34 yaşlı şəxsi vurub. Piyada xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma davam edir.