Bakının Nəsimi rayonu, Mirəsədulla Mirqasımov və Mərdənov qardaşları küçələrinin kəsişməsində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu barədə iyunun 1-də Fövqəladə Hallar Nazirliyi məlumat verib.
“Hyundai” markalı avtomobilin sürücüsü idarəetməni itirdiyinə görə maşın 1 saylı xəstəxanın hasarını uçuraraq içəri daxil olub. Avtomobilin sürürücüsü və sərnişini komatoz vəziyyətə düşüblər. Onlar xəstəxanaya yerləşdiriliblər.
Daha sonra isə avtomobil yanmağa başlayıb. FHN əməkdaşları alovun qarşısını alıblar.
Hazırda hər iki yaralının vəziyyəti ağırdır.