Bakının Nərimanov rayonu, Məmməd Araz küçəsi ilə Azadlıq prospektinin kəsişməsində bir nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda mayın 13-də APA xəbər verib.
BakuBus yolu keçən piyadanı vurub. Sürücünün sözlərinə görə, avtobus işıqforun yaşıl işığından keçən zaman piyada qəfildən onun qarşısına çıxıb.
Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma davam edir.