Bakıda “Bir Peşənin Sirri” festivalı keçirilir. Bu barədə iyulun 2-də Report məlumat verib.
Festivalda müxtəlif regionları təmsil edən peşə təhsil müəssisələrinin turizm, sənaye, kənd təsərrüfatı, İKT və ictimai iaşə istiqamətlərində təhsil alan tələbələrinin əl işlərindən ibarət sərgilər keçirilir. Həmçinin ustad dərsləri, əyləncəli oyunlar, viktorinalar təşkil olunub.
Tədbirin əsas məqsədi gəncləri və onların valideynlərini peşə təhsilinə cəlb etməkdir.
Qeyd edək ki, festival Qoşa Qala meydanında keçirilir və saat 18:00 kimi davam edəcək.