Bakının Binəqədi rayonunda bir nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda mayın 6-da Report məlumat verib.
Avtomobil yolu keçən 26 yaşlı qızı vurub. Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.