Bakının Sabunçu qəsəbəsində iki nəfərin yaralanması ilə nəticələnən kütləvi dava baş verib. Bu haqda mayın 20-də Report məlumat paylaşıb.
Kütləvi dava zamanı 30 yaşlı iki şəxs bıçaqlanıb. Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma davam edir.