Bakının Nərimanov rayonunda yerləşən mənzildən oğurluq etməkdə şübhəli bilinən Gürcüstan vətəndaşı saxlanılıb. Bu haqda iyunun 24-də Daxili İşlər Nazirliyi məlumat yayıb.
Paata Grineviç ifadəsində bir müddət əvvəl yaşadığı ölkədən Bakıya məhz oğurluq məqsədi ilə gəldiyini etiraf edib. Aparılan araşdırmalar zamanı onun Nizami rayonunda da bir mənzildən oğurluq etdiyi məlum olub.
Sözügedən şəxsin oğurluq etdiyi ünvanlara getməsi təhlükəsizlik kameralarında əks olunub.
Faktla bağlı araşdırma davam edir.