Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsində mayın 25-də meyit tapılıb. Bu haqda APA xəbər paylaşıb.
Onun kimliyi məlum deyil. Sözügedən şəxsin 55-60 yaş arasında olması, üzərində də zorakılıq əlamətlərinin olmaması müəyyən edilib.
Onu tanıyanlardan (012) 452 02 02 və (070) 299 06 08 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.