Bakının Nəsimi rayonundakı obyektlərdən birindən mis naqillər oğurlayan şəxs saxlanılıb. Bu barədə Report mayın 27-də məlumat verib.
Sözügedən şəxs obyektin elektrik naqillərini kəsərək oğurlayıb və qaçmağa çalışıb. Obyektin “həyəcan” siqnalı səslənib və əraziyə gələn polislər əvvəllər də məhkum olunmuş şəxsi tutublar.
Faktla bağlı araşdırma davam edir.
2022-ci ilin 5 ayı ərzində Nəsimi rayonundakı obyektlərdən ümumilikdə 8 oğurluğa cəhd qeydə alınıb. Həmin hadisələr üzrə və ümumən ictimai asayişi pozan 12 nəfər saxlanılıb.