Bakının 2-ci Zabrat qəsəbəsində ötən gün səhər saatlarında sexdən oğurluq edilib. Bu barədə iyunun 3-də Report xəbər paylaşıb.
Qapı-darvaza sexindən naməlum şəxs obyektə daxil olaraq oradan elektrik kabelləri aparıb. Hadisə təhlükəsizlik kamerasında əks olunub.
Faktla bağlı araşdırma davam edir.