Bakının Sabunçu rayonu, Sülh küçəsində yük avtomobili qəzaya uğrayıb. Bu haqda iyunun 28-də APA məlumat verib.
“Honda” markalı avtomobili idarə edən sürücü yol nişanının tələbini pozaraq əsas yola çıxıb. Bu zaman avtomobil “İsuzu” markalı yük maşını ilə toqquşub. Nəticədə yük avtomobili aşıb, maşında olan un kisələri isə yola dağılıb.
Faktla bağlı araşdırma davam edir.