Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində 14 yaşlı yeniyetmə oğlanı avtomobil vurub. Bu barədə 25 oktyabr tarixində Report məlumat verib.
Belə ki, 2008-ci il təvəllüdlü Şanayev Anar Namiq oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.