Mayın 19-u saat 23:00-dan Səməd Vurğun - Zərifə Əliyeva küçəsinin kəsişməsindən Neftçilər prospektinədək yolun bir hissəsi bağlı olacaq. Bu barədə Report Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə istinadən məlumat verib.
Buna səbəb "Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq işlərinin aparılmasıdır. Yolun sözügedən hissəsi yarış bitənədək bağlı olacaq.
Azərbaycan Qran-prisi iyunun 10-12-də baş tutacaq.