Paytaxt yollarındakı son vəziyyət açıqlanıb. Bu barədə iyunun 22-də Daxili İşlər Nazirliyinə istinadən APA məlumat yayıb.
Tıxac olan küçə və prospektlər aşağıdakılardır:
- Heydər Əliyev prospekti - əsas və kənar yol, Olimpiya stadionunun yanından 5 saylı Asan xidmətin qarşısına qədər;
- Bakı-Sumqayıt şosesi - Avtovağzalın qarşısından 20 Yanvar dairəsi istiqamətində;
- 20 Yanvar dairəsi;
- Koroğlu Rəhimov küçəsi - Gülarə Qədirbəyova küçəsi ilə kəsişmədən akademik Həsən Əliyev küçəsi ilə kəsişməyədək və F.Xoyski prospekti ilə kəsişmədən Təbriz küçəsi ilə kəsişməyədək.