Bakıda “Toyota Prius”la “Opel” markalı minik avtomobilləri toqquşub. Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur. Bu haqda mayın 30-da Oxu.az məlumat paylaşıb.
Hadisə səhər saatlarında Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. Avtomobillərə ciddi maddi ziyan dəyib.
Qəza nəticəsində yol kənarındakı hasar aşıb, işıq dirəyi isə əyilib.