Paytaxt yollarındakı son vəziyyət açıqlanıb. Bu barədə iyunun 20-də Daxili İşlər Nazirliyindən APA-ya bildirilib.
Sıxlıq olan küçə və prospektlər aşağıdakılardır:
- Bakı Sumqayıt şosesi - Masazır dairəsindən başlayaraq 20 Yanvar dairəsinə qədər;
- Ziya Bünyadov prospekti - Çermet körpüsünün üzərindən başlayaraq Atatürk prospekti ilə kəsişməyə qədər, 20 Yanvar dairəsi istiqamətində;
- Tbilisi prospekti - 20 Yanvar dairəsindən başlayaraq Mərkəz istiqamətində.