Bakının bəzi küçə və prospektlərində sıxlıq müşahidə edilir. Bu barədə mayın 12-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Sıxlıq yaranan yolların siyahısı:
- Bakı-Sumqayıt şosesi - 20 Yanvar dairəsi istiqamətində;
- Babək prospekti - Mərkəz istiqamətində;
- Ziya Bünyadov prospekti - 20 Yanvar dairəsi istiqamətində;
- Yusif Səfərov küçəsi - Hər iki istiqamətdə;
- Heydər Əliyev prospekti - Əsas yol Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin qarşısına kimi və kənar yol Bağırov körpüsündən sonra mərkəz istiqamətində;
- Üzeyir Hacıbəyli və Zərifə Əliyeva küçəsi - Azneft dairəsi istiqamətində;
- 28 May və Dilarə Əliyeva küçəsi -Rəşid Behbudov küçəsində;
- Rəşid Behbudov küçəsi - Mərkəzi bank qarşısına kimi;
- Afiyəddin Cəlilov küçəsi - Cavanşir körpüsü istiqamətində;
- Alı Mustafayev küçəsi - Koroğlu metro stansiyası istiqamətində.