Ölkəmizdə ilk dəfə təşkil edilən Peşələr Festivalı Bakıda başa çatıb. Bu barədə iyunun 7-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bakı ilə yanaşı festival Şamaxı, Bərdə, Qazax rayonlarını, Şirvan, Şəki, Mingəçevir, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərini əhatə edib. Tədbirə ümumilikdə 50 mindən çox şəxs qatılıb.
“Öyrən, Əylən, Peşəni seç” devizi altında keçirilən festivalda iştirakçılar əmək bazarı və müxtəlif peşələr barədə məlumatlar əldə ediblər. Ziyarətçilər üçün aşpaz, dərzi, bərbər-vizajist, frontend developer, qrafik dizayner, interyer dizayner və digər peşələr üzrə ekspertlər tərəfindən təqdimat və vörkşoplar keçirilib.