Pirallahı rayonunda ümumi uzunluğu 4,6 kilometr olan üç küçə təmir olunub. Bu barədə 6 may tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat verib.
Məlumatda bildirilib ki, təmir işləri rayonun Kamil Rzayev, Yavər Əliyev küçələri və 39-cu məhəllənin yollarında aparılıb.
Təmir işlərinin sonuncu mərhələsi üzrə üfüqi nişanlama xətlərinin çəkiliş işləri tamamlanaraq küçə yeni görkəmdə vətəndaşların istifadəsinə verilib.