Paytaxtın Pirallahı rayonunda həyat yoldaşını qətlə yetirən 30 yaşlı şəxsə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Bu haqda iyunun 10-da Trend məlumat verib.
Təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib.
O, 2021-ci ilin noyabr ayında aralarında yaranmış mübahisə zamanı 24 yaşlı həyat yoldaşının boğaz nahiyəsinə bıçaqla xəsarətlər yetirərək onu öldürüb.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsilə cinayət işi açılıb.